Paşinyan Azərbaycan torpağında səngər yoxlanışına gəldi -VİDEO
    • 1-12-2019, 00:37
    • 1 388

Paşinyan Azərbaycan torpağında səngər yoxlanışına gəldi -VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan və Qarabağ separatçılarının lideri Bako Saakyan Ermənistan ordusunun işğal altında olan Dağlıq Qarabağdakı səngərlərə baş çəkiblər.
News24.az xəbər verir ki, bu barədə "Sputnik-Ermənistan" məlumat yayıb.
Xəbərdə deyilir ki, Paşinyan şimal istiqamətində bir sıra mövqelərdəki vəziyyətin və xidmətin gedişi ilə tanış olub. Paşinyan və Saakyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan və "DQR Müdafiə Naziri" Karen Abramyan müşayiət ediblər.