-
- 1-12-2019, 17:01
- 1 135
Əli Həsənova vəzifə verildi
Baş nazirin sabiq müavini, Əli Həsənov Dağlıq Qarabağın Azərbaycanlı icmasının idarə heyətinə üzv qəbul edilib.
News24.az xəbər verir ki, Baş nazirin sabiq müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Dağlıq Qarabağın Azərbaycanlı icmasının idarə heyətinə üzv qəbul edilib.
Bu barədə məlumatı icmanın idarə heyətinin üzvü, deputat Elman Məmmədov da təsdiqləyib.
O qeyd edib ki, Əli Həsənovun idarə heyətinə üzv qəbul edilməsi ayın əvvəlində keçirilən iclasda təsdiq edilib:
"Ayın əvvəlində idarə heyətinin iclası çağırıldı. Həmin iclasda Əli Həsənov özü də iştirak edirdi və onun idarə heyətinə üzv qəbul edilməsi təsdiqləndi”.
Əli Həsənov dövlətçilik, idarəçilik, rəhbərlik təcrübəsinə malik insandır. O, Yeni Azərbaycan Partiyasının da sədr müavinidir. Eyni zamanda uzun illər müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərib.
O, həmişə Heydər Əliyev siyasətinə sədaqəti ilə seçilib. Onun Dağlıq Qarabağın Azərbaycanlı İcmasının idarə heyətinin üzvü seçilməsi icmanın işinin daha da fəallaşmasına köməkdir”.
İcmadan verilən digər məlumatda isə Əli Həsənovun idarə heyətinə üzvlüyü məsələsinin dekabr ayının sonunda təsdiqlənəcəyi bildirilib:
"Hələlik bu, rəsmi məlumat deyil. Dağlıq Qarabağın Azərbaycanlı icmasının dekabrın sonunda üçüncü qurultayı keçiriləcək. Sözügedən məsələyə həmin qurultayda baxılacaq”.