Roza Zərgərli ilə rəqs qrupu arasında qalmaqal - Yazışmaları paylaşdı - FOTOLAR
    • 30-08-2018, 15:16
    • 1 738

Roza Zərgərli ilə rəqs qrupu arasında qalmaqal - Yazışmaları paylaşdı - FOTOLAR

Müğənni Roza Zərgərli və "Odlar yurdu" rəqs qrupu arasında qalmaqal yaşanır. 

Belə ki, sözügedən rəqs qrupunun rəhbəri ifaçını konsertində çıxış etdiyini və əvəzində ona söz verilən ödənişin edilmədiyini bildirib. 

Hazırda ölkə xaricində istirahətdə olan R.Zərgərli şəxsi instagram hesabında qrup rəhbəri ilə olan yazışmasını paylaşaraq məsələyə belə aydınlıq gətirib:

"Bütün saytlara və media dostlarıma üzümü tutub deyirəm ki, mənim bütün uğurlarıma və atdığım addımlarıma sevinirsiz. Amma hər yerdə olduğu kimi aramızda xainlər də var. Onlara üzümü tutub onlara deyirəm ki, paxıllıq edəndə ürəyinizdə edin.

“Odlar yurdu”nun söylədiyi iddia 300-400 manatdır. Çox gülüncdür. İndi istirahətdəyəm. Bir həftə sonra dönürəm. Mətbuat konfransı edib, həm yeni layihələrdən danışacam, həm də “Odlar yurdu”nun rəhbərini dəvət edib maskasını cıracam. Həm də bu qalmaqalı yaradan müğənnini dəvət edəcəm. Ora boşuna məqalələri yazıb xalqın gözündən endirməyə çalışmayın. Xalqın gözü onsuz da tərəzidir. Məni sevən mənliyimə və sənətimə görə sevir".