Bakıda ikimərtəbəli EV YANDI
    • 2-12-2019, 16:30
    • 694

Bakıda ikimərtəbəli EV YANDI

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 390 m² olan 2 mərtəbəli evin dam örtüyünün taxta atmaları 195 m² sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 28 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yüksək temperaturdan evin mətbəxinin lambirindən ibarət tavanı 16 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;