-
- 2-12-2019, 19:16
- 994
"Şou-biznesin kral və kraliçasıyıq" - SƏNƏTÇİLƏR MEYDAN OXUDULAR - FOTO - VİDEO
Müğənni Roza Zərgərli həmkarı Əkbər Əliyevlə birgə ifa etdiyi "Milyon şanslar" adlı klipinin təqdimat mərasimini keçirib.
News24.az-a müsahibə verən cütlük işbirliyi haqda danışıblar: "Ekran əsəri İstanbulda, "Böyük ada"da lentə alınıb. Klipi həm türk, həm də azərbaycanlı peşəkarların təmsil olunduğu komanda ərsəyə gətirib. Yəni bu iş Türkiyə ilə Azərbaycanın birgə layihəsidir. Hətta deyərdim ki, "Milyon şanslar"ı hardasa film də adlandırmaq olar”.
Sənətçilərin sözlərinə görə, klipin musiqisi də Türkiyədə yazılıb. Çəkilişlərin “Böyük ada”da aparılmasının isə öz səbəbi var: “Çəkiliş üçün Böyük adanı seçməyimizin əsas səbəbi oranın tarixçəsidir. Ordakı bir evin hekayəsi bizi çox cəlb etdi. O, ev nə zamansa orda yaşamış cütlüyün nakam sevgisinin şahididir. Biz də klipdə həmin səmimi sevgini canlandırmağa çalışdıq.Ona görə də klipimiz çox səmimi alınıb. Rozanın rejissorluğu altında çalışmaq ancaq zövqdür. Heç vaxt düşünməzdim ki, onun belə bir istedadı var".
Duet ortaqları belə sevgi hekayələrinin onları tez təsirləndirdiyini də bildiriblər: “Biz hekayələrə inanırıq. Üstəlik, oranın əsrarəngiz abu-havası hər ikimizi ovsunladı. Əkbər iki ildir istirahətə getmirdi. Bu klipin çəkilişləri buna- həm ruhumuz, həm də beynimizin dincəlməsinə vəsilə oldu”.
Sənətçilər “Milyon şans”ın adından da danışıblar: “Əkbər hekayəni dərindən biləndən sonra onun klipdəki aktyorluq ifası tamamilə dəyişdi. Mahnımızın adı "Milyon şanslar"dır. Düşünürəm ki, insanlara şans vermək lazımdır. Hətta biz özümüz də bir-birimizə milyon dəfə şans vermişik. 20 ildir dostluq edirik. Bu vaxta qədər bir-birimizə o qədər şans vermişik ki..."
Xatırladaq ki, cütlük bundan öncə "Mənə öyrət" klipində də birgə çəkiliblər: "O, klipdə Əkbər aktyor kimi çəkilib. Orda biz özümüzü sınadıq. Əkbərin aktyor debütünə tamaşaçıların rəyi çox maraqlı idi. Çünki öncəki işlərimdə model Rüstəm Cəbrayılovun çəkilməsi mübahisə yaratmışdı. Onun fanatları mənə, mənimkilər də ona qarşı çıxmışdı. Nəticədə xoşagəlməz görüntülər yarandı. Amma Əkbərlə birgə kadrda görünməyimiz izləyicilər tərəfindən bəyənildi. Şərhlər çox gözəl idi”.
Roza Zərgərli onu da bildirib ki, "Mənə öyrət" "Milyon şanslar"dan daha açıq-saçıq olub: “Orda yataq səhnələri var idi. Həm də bu səbədən ifamız müzakirələrə səbəb olmuşdu. Bu gün təqdim etdiyimiz klip "Mənə öyrət"in davamıdır. Biz üçüncu hissəni də çəkməyi planlaşdırırıq".
Müğənni Roza Zərgərli tərəf-müqabili üçün ayrılan qonorardan söz açıb: "Əslində klipin budçəsini yarı-yarıya bölməliydik. Amma sağ olsun, Əkbər. Elə bir ucdan pul xərclədi. Bakıya qayıdandan sonra da mənə dedi ki, "Qadınsan, otur yerində. Bizim birgə olmağımız elə mənim üçün elə hədiyyədir. Qalan işlər sənlik deyil. Ailə də belə olar da, biri qazanar, o biri xərcləyər".
R. Zərgərli “Əkbərlə səmimi münasibətindən həyat yoldaşınız qısqanmır ki? “ sualını isə belə cavabladı: “"Əkbər subaydır, mənimsə həyat yoldaşım Əkbəri çox yaxşı tanıyır. Niyə qısqanmalıdır ki?! Vaxtıilə məni həyat yoldaşımla barışdıran elə Əkbər olub. Daha doğrusu, onun oxuduğu "Məndən ayrılma" mahnısı”.
Sənətçi zarafatından da qalmadı: “Mənə indiyədək kişi həmkarlarımdan eşq elan edən olmayıb, amma Əkbər yəqin ki, edər. Düzdür, klipdə eşqini etiraf edib, amma həyatda yox”.
Əkbər Əliyev isə bu sualı belə cavablayıb: “20 ildir Rozanı tanıyıram. Amma bir məqamda bir-birimizdən çox uzaq qaldıq. Bu işlər vasitəsilə biz yenidən qovuşub, dostlaşdıq".
Roza Zərgərli yeni klipini həmkarları tərəfindən paylaşılmasını gözlədiyini də xüsusi vurğulayıb: "Paylaşanlar olacaq və buna məcburdurlar. Çünki mən bütün dostlarımın uğurlarına sevinib, onları işıqlandırıram. Qarşılıq görəndə sözsüz ki, xoş olur".
R. Zərgərli onu da bildirib ki, bundan sonra heç bir bəylə duet oxumayacaq: "Ola bilər ki, bir daha heç bir kişi sənətçi ilə duet oxumayacam. Qadınlardansa Mananayla duet ortağı olmağı düşünürəm, rusdilli layihə gerçəkləşdirməyi nəzərdə tutmuşam”.
Söhbəti Əkbər Əliyev həmkarlarına meydan oxumaqla tamamladı: "1995-ci ildən bu yana şou-biznesdəyəm. Həmişə də efirlərə az çıxmışam. Səbəb isə bir çox verilişlərin səviyyəsinin məni qane etməməsidir. Nəinki verilişlər, hətta şou-biznesin özü də çox dəyişib. İndi biz gəldik, şou-biznes tamamilə dəyişəcək. Rusiyada kral Filipp Kirkorov, kraliça isə Alla Puqaçovadır, bizdə isə kral Əkbər Əliyev, kraliça isə Roza Zərgərlidir".
Sevda Bayramova
FOTO: Fərid Şabanov