"NATO-nun yenilənməsi qaçılmazdır" - ƏRDOĞAN
    • 3-12-2019, 11:02
    • 1 017

"NATO-nun yenilənməsi qaçılmazdır" - ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 3-4 dekabr tarixlərində keçiriləcək NATO sammiti üçün Londona getməzdən əvvəl Esenboğa Hava Limanında mətbuat konfransı keçirib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident Ərdoğan əhəmiyyətli açıqlamalar verib, daha sonra mətbuat mənsublarının suallarını cavablandırıb: "Londonda NATO-nun birliyinə vurğu vurulması bizim üçün əsas prioritetdir. Çin və Rusiya ilə münasibətlərin də gündəmə gəlməsi gözlənilir. Türkiyə öz prioritetləri çərçivəsində NATO ilə əməkdaşlıq halında çox yönlü xarici siyasət həyata keçirir. İttifaqın yeniləməyə ehtiyacı olduğu aydındır. 2000-ci illərin perspektivindən bu günü dərk edə bilmərik. NATO terror təşkilatlarının asimmetrik təhdidləri qarşısında fəal olmalıdır. NATO-nun yenilənməsi qaçılmazdır.

Bəzi dairələr ölkəmizin NATO üzvlüyünə pis şəkildə kölgə salmağa çalışsalar da, mövqeyimiz aydındır. Etdiyimiz qatqılar Türkiyənin NATO-dakı mövqeyinin imtina edilməz olduğunu göstərir. Londonda bəzi dövlət və hökumət başçıları ilə də görüşəcəyik. Birləşmiş Krallığın dəvəti ilə Almaniya və Fransa ilə dördlü görüş keçirəcəyik. Regional məsələlərlə məşğul olacağıq".