Azərbaycan gürcü balıqçıların axtarışında iştirak edir - FOTO - VİDEO

Azərbaycan gürcü balıqçıların axtarışında iştirak edir - FOTO - VİDEO
HADİSƏ / Video

3-12-2019, 13:21

Mətn ölçüsü

Dekabrın 2-də Gürcüstan Daxili İşlər Nazirliyindən Qardabani rayonunda Azərbaycanla həmsərhəd ərazidə yerləşən Candargöl gölündə itkin düşən iki nəfər Gürcüstan vətəndaşının axtarışları üçün əraziyə baxış keçirilməsi barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, bununla bağlı gölün Azərbaycan Respublikası (Ağstafa rayonu) ərazisinə düşən hissəsində axtarışların aparılması üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri cəlb olunub. 

YouTube