Lənkəran çayında 23 yaşlı oğlan boğulub
    • 26-06-2019, 16:41
    • 1 019

Lənkəran çayında 23 yaşlı oğlan boğulub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Lənkəran çayının Lerik rayonu ərazisindən keçən hissəsində 1996-cı il təvəllüdlü Mehrəliyev Cavid Sakit oğlunun batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin  mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu C.Mehrəliyevin meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.