Bilgəhin qadağan olunan ərazisində adam BOĞULARAQ ÖLÜB
    • 22-06-2019, 11:40
    • 971

Bilgəhin qadağan olunan ərazisində adam BOĞULARAQ ÖLÜB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh sularda xilasetmə məntəqəsinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu batan şəxsin meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Hazırda meyitin şəxsiyyəti dəqiqləşdirilir.