Azərbaycanda daha 7 tələbə ZƏHƏRLƏNDİ
    • 3-12-2019, 13:40
    • 930

Azərbaycanda daha 7 tələbə ZƏHƏRLƏNDİ

Qazaxda kollec tələbələri zəhərlənib.  

News24.az xəbər verir ki, hadisə Qazax Dövlət Sosial İqtisadi Kollecində qeydə alınıb. Kollecin tələbələri - 19 yaşlı Əfsanə Mətləb qızı Səfərli, 19 yaşlı Güləndam Sadiq qızı Həsənova, 19 yaşlı Xavər Fikrət qızı Məmmədova, 18 yaşlı Arzu Azər qızı Əlizadə, 19 yaşlı Saida İntiqam qızı Mərdanova və Mahizər Akif qızı Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Tələbələrin kollecdəki dizel yanacağı ilə işləyən sobanın tüstüsündən zəhərləndiyi ehtimal olunur.

Bildirilib ki, onların 2-də ürəkbulanma var, qalan tələbələrin vəziyyəti yaxşıdır. Tələbələrin gün ərzində evə buraxılması gözlənilir. /apa.az/