Ana və 5 yaşlı qızı qazdan zəhərləndi
    • 22-12-2019, 00:58
    • 682

Ana və 5 yaşlı qızı qazdan zəhərləndi

Gəncədə zəhərlənmə hadisəsi olub.
News24.az xəbər verir ki, şəhərin Bağmanlar adlanan ərazisində yaşayan 27 yaşlı Almaz Quliyeva və onun 5 yaşlı qızı Səma qazdan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, ana və azyaşlı övladı evdə qaz sobasının sönməsi nəticəsində otağa dolan qazdan zəhərləniblər.