Gəncədə yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi - FOTO

Gəncədə yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi - FOTO Hadisə

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

News24.az xəbər verir ki, məlumata görə, taxta konstruksiyadan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə yanğın qeydə alınıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan mənzil əşyaları ilə birlikdə tam yanıb. Alov qısa müddətdə söndürülüb və binanın digər hissəsi mühafizə olunub.

Bina sakinləri və yanğın baş verən mənzilin sakinləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. // APA

Gəncədə yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi - FOTO Gəncədə yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi - FOTO Gəncədə yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi - FOTO Gəncədə yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi - FOTO Gəncədə yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi - FOTO