Ağdamda bıçaqlanan qızın vəziyyəti AÇIQLANDI – YENİLƏNDİ

Ağdamda bıçaqlanan qızın vəziyyəti AÇIQLANDI – YENİLƏNDİ Hadisə

Ağdamda bıçaqlanan qız Bakıya göndərilib.

News24.az xəbər verir ki, rayon sakini Leyla Cəfərova dayısı oğlu tərəfindən bıçaqlanaraq müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı üz nahiyəsi və sol əlində kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya çatdırılıb.

Tibb müəssisəsində ona ilkin tibbi yardım göstərilib, yaralarına tikiş qoyulub.

Həkimlərin qərarına əsasən, vəziyyətinin daha ciddi müayinə və müalicə tələb etməsi səbəbindən Leyla Cəfərova paytaxtdakı ixtisaslaşmış travmatologiya xəstəxanasına göndərilib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma davam etdirilir. (Teleqraf)

**19:15

Ağdamda 19 yaşlı qız bıçaqlanıb. Cinayəti törətməkdə isə dayısı oğlu şübhəli bilinir.

News24.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Rayon sakini Cəfərova Leyla üz nahiyəsi və sol əlinin kəsilmiş yarası ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, xəstəxanada olarkən dayısı oğlu tərəfindən bıçaqlandığını bildirib.

Qeyd edək ki, Leyla Cəfərova ətriyyat mağazasında satıcı işləyir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Yaşar Araz