-
- 3-12-2019, 20:34
- 900
Bakıda qaydanı pozan ambulansın cəriməsi ləğv edildi
Bakının Gəncə prospektində qaydanı pozduğu üçün cərimələnən 90-JD-726 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı təcili tibbi yardım maşını ilə bağlı inzibati icraata xitam verilib.
Bu barədə News24.az -a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.
Onun sözlərinə görə, araşdırma zamanı həmin qayda pozuntusunun operativ nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xidməti zərurətlə əlaqədar törədildiyi müəyyən edilib. Bunun üçün də həmin qərar üzrə inzibati icraata xitam verilib.
Xatırladaq ki, sözügedən ambulans Bakının Gəncə prospektində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimələnmişdi.