-
- 4-12-2019, 16:13
- 1 398
"30 və 49 saylı avtobusların sürücüləri cəzalandırılacaq"- VAQİF ƏSƏDOV
Bu gün 30 və 49 saylı marşrut avtobuslarının Babək prospektində kobud yol hərəkəti qaydalarını pozması görüntülərinə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi reaksiya verib.
News24.az-ın yayımladığı video ilə bağlı qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov saytla əlaqə saxlayıb. V.Əsədov bildirib ki, təhlükəsizlik təkcə polislər tərəfindən deyil, həm də vətəndaşlar tərəfindən təmin edilməlidir:“Saytınızın kollektivinə təşəkkür edirəm ki, vətəndaşlar tərəfindən təhlükəsizliyin təmin edilməsi ilə bağlı hər hansı bir yol hərəkət qaydalarının pozulmasına aid görüntülər təqdim edirsiniz. Bu həm yol polisinə dəstək, həm də təhlükəsizliyin təmin edilməsinə böyük yardımdır”.
Vaqif Əsədov qayda pozan sürücülərin tezliklə tapılıb yüksək məbləğdə cərimə olunacaqlarını deyib: “Həmin görüntülərdə təxminən 3 avtobus və bir neçə nəqliyyat vasitəsi geriyə hərəkət edir. Videoda aşkar görünür ki, yolun sol tərəfində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Təbii ki, bəzi avtomobil sürücüləri “tələsirəm”, “marşrut avtobuslarının sürücüləri isə “gecikirik” ifadələri işlədərək qabağa düşməyə çalışırlar və yol hərəkət qaydalarını kobud şəkildə pozurlar. Bu o demək deyil ki, onlar belə eləməklə mənzil başına vaxtında çatırlar. Əslində onlar böyük məbləğdə və eyni zamanda cərimə balı ilə cəzalandırılmalıdırlar ki, bir də belə səhvlərə yol verməsinlər”.
V.Əsədov qeyd edib ki, hazırda kameraların köməyi ilə həmin nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının və sürücülərin aşkarlanıb qanunvericiliyin tələbləri üzrə məsuliyyətə cəlb edilməsi üçün araşdırılma aparılır: “Həmin sürücülərin aşkarlanıb məsuliyyətə cəlb edildiyi zaman sizə də məlumat verəcəyik. Eyni zamanda da sizin köməyiniz ilə ictimai nəqliiyyat vasitələrini idarə edən sürücülərin, sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırırıq ki, təhlükəsizliyi təmin edək. Yol polisinin olmamasından istfadə edib belə kobud hərəkət etmək, təbii ki, yolverilməzdir. Unutmayaq ki, Bakı şəhərində hərəkətə hər tərəfli nəzarət etmək imkanı var və kameralar vasitəsi ilə təhlükəsizliyin təmin edilməsi üçün aidiyyatı üzrə tədbirlər həyata keçirilir. Buna görə də, sərnişin aşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahi edirik ki, onlar təbliğatı gücləndirsinlər. Sürücülərin özbaşınalığına, diqqət yetirsinlər. Əks halda qanunvericiliyin tələbləri ilə bağlı ictimai nəqliyyat vasitələrinin hüquqi şəxslərinə də tərəfimizdən təqdimatlar göndəriləcək. Bir daha bildirirəm ki, təhlükəsizliyimiz öz əlimizdədir”.