"3 tələbənin zəhərlənməsi yemək kartı ilə bağlı deyil"- - Rektor AÇIQLADI
    • 3-12-2019, 13:33
    • 889

"3 tələbənin zəhərlənməsi yemək kartı ilə bağlı deyil"- - Rektor AÇIQLADI

"Bakı Dövlət Universitetinin 3 tələbəsinin zəhərlənməsi hadisəsinin onlara universitet tərəfindən verilən ödənişsiz yemək kartı ilə, eləcə də universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur".

News24.az-ın məlumatına bunu, BDU-nun rektoru Elçin Babayev bildirib.

Rektor zəhərlənmənin tələbələrin həmin kartla universitetin yataqxanasından aldığı qida qəbulu nəticəsində baş verdiyini inkar edib: "Birmənalı olaraq, bunu inkar edirəm. İstintaq nəticəsində hər şey aydın olacaq. Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm. Hər şey yüksək səviyyədədir, məhsulları da keyfiyyətlidir. Bunları biri-biri ilə əlaqələndirmək qərəzlidir".

Elçin Babayev bu gün iki tələbənin zəhərlənməsi barədə məlumatlara da münasibət bildirərək qeyd edib ki, hadisə tələbə yataqxanasında deyil, tələbələrin kirayə yaşadıqları evdə baş verib: "Məsələləri şişirtmək lazım deyil. Çünki bu, hamı üçün psixoloji təsirdir. Onlardan biri bizim, digəri isə başqa universitetin tələbəsidir''.

Afaq Mirayiq