12 yaşlı oğlanı hədələyib qeyri-təbii yolla zorladı - AZƏRBAYCANDA
    • 5-12-2019, 11:35
    • 1 240

12 yaşlı oğlanı hədələyib qeyri-təbii yolla zorladı - AZƏRBAYCANDA

Şirvan şəhərində 12 yaşlı oğlanı zorlayan şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü seksual xarakterli zorakılıq əməli - 14 yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilən və daha sonra apelyasiya şikayəti əsasında cəzası 3 ilədək azaldılan Samir Abbasov işin yenidən araşdırılmasını, üzərindəki maddənin dəyişdirilməsini və daha əvvəl verilmiş hökmlərin ləğv edilməsini xahiş edib. Müarciətə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Rusiyanın Voronej şəhərinin sakini, 2001-ci il təvəllüdlü Samir Abbasov Bakının Biləcəri qəsəbəsindəki 18 saylı Peşə Litseyinin 1-ci kursunda təhsil alarkən - 2016-cı il dekabrında qonşusu, 2004-cü il təvəllüdlü Rahil Əliyevi (zərərçəkmişin ad və soyadı şərti verilib – red.) Şirvan şəhərində yaşadığı mənzilə çağırıb. O, burada Rahil Əliyevlə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib.

Bu məqsədlə Samir Abbasov hədə-qorxu gələrək, Rahil Əliyevdən soyunmasını tələb edib. Əvvəlcə Rahil Əliyev onun dedikləri ilə razılaşmayıb. Samir Abbasov bıçaqla onu öldürməklə hədələyəndən sonra yeniyetmə oğlan soyunub.

Samir Abbasov azyaşlı oğlanla qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı digər zorakılıq hərəkətləri edəndən sonra yeniyetməyə tapşırıb ki, baş verənləri heç kimə danışmasın. Amma zərərçəkən baş verən hadisəni valideynlərinə danışıb.

Rahil Əliyevin valideynləri Şirvan şəhər polis şöbəsinə şikayət edib. Onların şikayəti əsasında saxlanılan Samir Abbasovun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Samir Abbasova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə iş açılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Abbasov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Samir Abbasovun barəsində həbs qətimkan tədbiri seçilib, o, məhkəmə zalından həbs edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkil Ulduzə Əhmədova apelyasiya şikayəti verərək, müdafiə etdiyi şəxsin barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Zərərçəkmiş şəxsin nümayəndəsi isə də apelyasiya şikayətində təyin olunan cəzanın yüngül olmasından narazılıq edib. Bu səbəbdən apelyasiya şikayətlərində Samir Abbasovun barəsində olan cəzanın ağırlaşdırılmasını xahiş edib.

Şirvan Apelyasiya Məhkəməsində Ulduzə Əhmədova apelyasiya şikayətində dəyişiklik edib.

Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsinə tövsif edilməsini istəyib. Vəkil qeyd edib ki, Samir Abbasov zərərçəkmişə zor tətbiq etmədən, onun razılığı ilə cinsi hərəkətlər edib.

Ulduzə Əhmədova birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, müdafiə etdiyi şəxsə Cinayət Məcəlləsinin 153-cü maddəsində nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib. Vəkil qeyd edib ki, təqsirləndirilən şəxslə zərərçəkmiş barışıb, bu halda qərar qəbul olunan zaman nəzərə alınmalıdır.

Apelyasiya məhkəməsində araşdırma aparılan zaman zərərçəkmiş iclaslara gəlməyib. O, məhkəməyə teleqrama göndərib. Zərərçəkmiş qeyd edib ki, könüllü şəkildə, yəni öz xoşu ilə cinsi əlaqədə olub. O, təqsirləndirilən şəxslə barışdıqlarını və bu halları nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.

Apelyasiya şikayətini araşdıran hakimlər sonda qərar açıqlayıb. Qərara görə, təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayəti qismən təmin edilib.

Samir Abbasova təyin edilmiş 7 il 6 ay müddətinə həbs cəzası 3 ilə qədər endirilib.