Bakıda seksual manyak 10 yaşlı oğlanı zorladı – ONU AĞIR CƏZA GÖZLƏYİR
    • 27-04-2019, 16:34
    • 1 476

Bakıda seksual manyak 10 yaşlı oğlanı zorladı – ONU AĞIR CƏZA GÖZLƏYİR


Bakıda azyaşlı oğlanı zorlayan seksual manyakın işi məhkəməyə göndərilib.
News23.az-ın məlumatına görə, keçən il barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi, yəni seksual xarakterli zorakılıq əməlləri - on dörd yaşına çatmayan şəxsə qarşı cinayət əməli törətməkdə ittiham olunan Məmmədov Vüqar Seyfəl oğlunun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə gönərilib. 
İbtidai istintaq yekunlaşdırılıb və ittiham aktı məhkəməyə daxil olub. Bakı Ağır Cinayətlər Məhkəməsində işə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılacaq. Günahı tam sübuta yetirilərsə, V.Məmmədovu səkkiz ildən on beş ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Məlumata görə,  keçən il Bakıda 10 yaşlı oğlanın yaxınları uşağın V.Məmmədov tərəfindən zorlandığını öyrəniblər və hüquq-mühafizə orqanlarına müraciət ediblər.