-
- 31-08-2018, 12:06
- 879
XİN Qubadlının işğalının 25-ci ildönümü ilə bağlı açıqlama yaydı
Xarici İşlər Nazirliyində Qubadlının işğalının 25-ci ildönümü ilə bağlı brifinq keçirilib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, düz 25 il öncə bu gün Qubadlı rayonu erməni hərbi birləşmələri tərəfindən işğal edilib.
“İşğal zamanı rayonun tarixi, mədəni və dini abidələri məhv edilib. Minlərlə insan didərgin salınıb. İşğal dövründə Qubadlı rayonu 193 şəhid verib. Rayonun işğalı, digər işğal altında olan ərazilər kimi, bu günədək davam edir.
BMT-nin məlum qətnamələrinə baxmayaraq, hələ də Qubadlı rayonu da daxil olmaqla, Azərbaycanın digər işğal altında olan əraziləri erməni hərbi birləşmələrinin nəzarətində qalıb”, - o qeyd edib.
XİN rəsmisi bildirib ki, ancaq Azərbaycan heç zaman işğal faktı ilə barışmayacaq. Onun sözlərinə görə, Azərbaycan münaqişənin tezliklə həlli istiqamətində səyləri dəstəkləyir. Bununla yanaşı, ərazilərin azad edilməsi hüququnu da özündə saxlayır:
“Azərbaycan hər zaman münaqişənin danışıqlar yolu ilə həlli prosesində ən maraqlı tərəf kimi çıxış edir. Biz hər zaman danışıqlara hazırıq və onun davam etməsinə maraqlıyıq. Bu ilin iyul ayının əvvəllərində xarici işlər nazirlərinin görüşü keçirildi.
BMT-nin qarşıdan gələn sessiyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Nyu-Yorkda xarici işlər nazirlərinin birgə görüşü keçiriləcək”.