"Bu kampaniya olduqca təqdirəlayiqdir"- RUHİ ƏLİYEVA - FOTOLAR - VİDEO
    • 6-12-2019, 16:25
    • 876

"Bu kampaniya olduqca təqdirəlayiqdir"- RUHİ ƏLİYEVA - FOTOLAR - VİDEO

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı başlanan bu kampaniya olduqca təqdirəlayiqdir. Bu gün bütün xalqımız həmrəylik göstərir, hər kəs bu təşəbbüsü yüksək ovqatla qarşılayır”.

News24.az-ın xəbərinə görə, bunu YAP Qadınlar Şurasının üzvü, "Liatris" Holdingin rəhbəri Ruhi Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi İmadəddin Nəsiminin 650 illiyik yubileyinə həsr olunan ağacəkmə kampaniyası zamanı bildirib.

O qeyd edib ki, bu aksiyadan sonra ölkəmiz daha da gözəlləşəcək: “Azərbaycanımız yaşıllıq zonasına çevriləcək, təbiətimizə yeni rəng qatılacaq. İnsanların sağlamlığı naminə keçirilən bu aksiya davam etdikcə, biz bu təşəbbüsü dəstəkləyəcəyik”.

Qeyd edək ki, genişmiqyaslı kampaniyada Ruhi Əliyevanın rəhbərlik etdiyi "Liatris Holdinq" şirkəti, News24.az saytının rəhbərliyi və əməkdaşları da iştirak ediblər.