Gədəbəydə 409 evə QAZ VERİLDİ
    • 6-12-2019, 17:52
    • 705

Gədəbəydə 409 evə QAZ VERİLDİ

Bu gün Gədəbəy rayonunun Qurudərə və Sarıköynək kəndlərinə mavi yanacaq verilib.

"Azəriqaz" İB-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Qurudərə kəndində 198, Sarıköynək kəndində isə 211 fərdi yaşayış evi qazla təmin olunub. Kəndlərdə bir pilləli sistem əsasında ümumilikdə 28215,86 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib.

Hər iki kənddə 409 evdə fərdi qaz tənzimləyicisi və qaz sayğacları quraşdırılıb.