Fira "Azpetrol"u ŞİKAYƏT ETDİ - VİDEO
    • 10-12-2019, 11:36
    • 1 045

Fira "Azpetrol"u ŞİKAYƏT ETDİ - VİDEO

Tanınmış aparıcı Firuzə Cəlilova (Fira) "Azpetrol LTD" MMC-ni şikayət edib.

News24.az xəbər verir ki, buna səbəb aparıcı ilə yanacaqdoldurma məntəqəsinin işçisi ilə davası olub. Mübariz Ağayev adlı işçi hər kəsin içində söyüş ifadəsi işlətməsi aparıcını özündən çıxarıb. Firuzə Cəlilova həmin görüntüləri yayımlayaraq bu sözləri qeyd edib: ''Bu gün səhər saat 9-da "Azpetrol" yanacaqdoldurma məntəqəsində Mübariz adlı hamıdan yaşca böyük biri heç kimə məhəl qoymadan işçilərdən birini təhqir edirdi. Qəbzi mənə verərkən işlətdiyi kəlimədən anladım ki, həmin şəxsin evdəki qadınlara da münasibəti belədir. Gənclər özündən böyüklərdən ibrət götürür. Əgər yaşda böyük kəslər özlərini belə aparırsa biz gənclərimizdən nə gözləyək?''

Sevda Bayramova