"Azərbaycan Dəmir Yolları" iki yeni QATAR ALDI
    • 10-12-2019, 12:26
    • 1 074

"Azərbaycan Dəmir Yolları" iki yeni QATAR ALDI

"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin istəklərini nəzərə alaraq İsveçrənin "Stadler Real Group" şirkətindən daha iki ədəd ikimərtəbəli elektrik qatar alıb.

Bunu sözügedən qatarların təqdimetmə mərasimində jurnalistlərə açıqlama verən QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.

Onun sözlərinə görə, qatarın biri Bakı-Sumqayıt istiqamətində, digəri isə Bakı-Pirşağı istiqamətində hərəkət edəcəyi nəzərdə tutulub.

Yeni qatarlar 371 oturacaqla təmin olunub. Onlardan 9-u birinci sinif, 62-si biznes, 300-ü isə standart yerlərdir.

Natəvan Bayramova əlavə edib ki, ümumiyyətlə, İsveçrənin "Stadler Real Group" şirkətindən alınan bu tipli qatarların sayı 9-a çatıb. /apa/