Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldıldı
    • 23-03-2020, 17:00
    • 756

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldıldı

Martın 28-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb. 

Bu barədə News24.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən verilib. 

Sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla,  Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir. Sərnişinlərin nəzərinə çatdırırıq ki,  həmin tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən qatarlar,  Sumqayıtdan isə Bakıya saat  17:45, 18:45 və 19:30 - da qayıtmalı olan qatarların hərəkəti ləğv olunur.