Sabahın HAVA PROQNOZU
    • 6-07-2018, 13:37
    • 918

Sabahın HAVA PROQNOZU

Ekologiya və Təbii Sərvətlər nazirliyi gözlənilər hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. 

News24.az- a verilən məlumatda bildirlib ki, iyulun 7-dən 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 7-dən 8-i axşamadək qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi, ayrı-ayrı şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.