Rüfətdən Xatuna :
    • 10-12-2019, 16:23
    • 1 433

Rüfətdən Xatuna : "SƏNƏ QƏDƏR" - VİDEO

Müğənni Xatun Əliyeva həmkarı Rüfət Axundovla yeni mahnısını təqdim edib.

News24.az xəbər verir ki, Xatunla Rüfətin birgə ifa etdiyi mahnı "Sənə qədər" adlanır. Klipin ilk təqdimatı müğənni Xatunun doğum gününə təsaduf edib. "Sənə qədər" adlı klip bu gündən etibarən dinləyicilərinin istifadəsinə verilib.

Xatun duet ortağının Rüfət olmasını belə izah edib: "Rüfətlə uzun illərdir ki, ailəvi dostuq. Qərara gəldik ki, birgə duet ifa edək. Klipimiz gecə saatlarına təsadüf edilib. İnanıram ki, dinləyicilərimiz həm klipi, həm mahnını çox bəyənəcəklər"

Qeyd edək ki, "Sənə qədər" adlanan mahnının sözləri Sahiləyə , musiqi Pənah Eldara, rejissor İlham Yaşaroğluna məxsusdur.

Sevda Bayramova