-
- 10-12-2019, 18:40
- 723
"Bu il İordaniyadan Azərbaycana gələn turistlərin sayında artım olub" - PREZİDENT
"Bu il İordaniyadan Azərbaycana gələn turistlərin sayında artım olub".
News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə təkbətək görüşdə bildirib.
Dövlət başçısı deyib ki, bu səfər ikitərəfli gündəliyimizdəki vacib məsələlərlə bağlı bir daha müzakirələr aparmaq üçün çox yaxşı imkandır: "Bu yaxınlarda biz Soçidə görüşdük və bizim söhbət etmək imkanımız oldu. Mən bir daha Sizi ölkəmizə səfərə dəvət etdim. Şadam ki, çox məşğul olmağınıza baxmayaraq, qısa müddət ərzində bizi ziyarət etdiniz. Azərbaycanda Sizi qəbul etmək həqiqətən böyük şərəfdir. Siz burada bizim əziz qonağımızsınız. Əminəm ki, bu səfər ərzində biz qardaşlıq münasibətlərimizin daha da inkişafına birgə töhfə verəcəyik. Bu münasibətlər müxtəlif sahələri əhatə edir. Biz beynəlxalq arenada səylərimizi əlaqələndirməyə çox şadıq. Beynəlxalq təşkilatlarda bir-birimizi çox vacib məsələlərlə bağlı dəstəkləyirik. Siyasi təmaslar əladır. Mən iqtisadi göstəricilərə baxdım. Düşünürəm ki, biz daha gərgin çalışmalıyıq. Əlbəttə ki, biz bunu edəcəyik və bu gün bu məsələ ilə bağlı geniş müzakirə aparacağıq. Şadam ki, bu il İordaniyadan Azərbaycana gələn turistlərin sayında artım olub. Artım 20 faizdən çoxdur. Hesab edirəm ki, biz insanların bir-birilərini daha tez-tez ziyarət etmələri üçün birbaşa hava əlaqəsinin yaradılması imkanını da müzakirə edə bilərik".