Bədbəxt hadisədə iki tələbə öldü -ANBAAN - Ürəyi zəif olanlar baxmasın!
    • 11-12-2019, 00:02
    • 1 093

Bədbəxt hadisədə iki tələbə öldü -ANBAAN - Ürəyi zəif olanlar baxmasın!

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.


News24.az xəbər verir ki, daş bazarı adlanan ərazidə “KamAZ” markalı yük maşını hərəkətdə olarkən qarşısına 2 nəfər çıxıb.


Hadisə şahidlərinin bildirdiyinə görə, sözügedən yolda işıqlanma zəif olduğuna görə, yük maşını piyadaları görməyib və onları vurub. Hər iki şəxs hadisə yerində keçinib.


Məlumata görə, ölənlər 1 qız və 1 oğlan olub. Onların tələbə olduğu bildirilir. Hər iki şəxsin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi Rayonu üzrə Şöbəsibə yerləşdirilib.


Hadisənin təfərrüatı araşdırılır.