“Maraqlı qrupa düşmüşük” - Qurban Qurbanov
    • 31-08-2018, 17:47
    • 889

“Maraqlı qrupa düşmüşük” - Qurban Qurbanov

"Çətin və maraqlı qrupa düşdük. Bir tərəfdən sevindirici haldır ki, "Arsenal” və "Sportinq” kimi böyük tarixləri və Avropa təcrübələri olan klublarla qarşılaşacağıq".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkünün nəticəsini dəyərləndirərkən deyib.  
 
Təcrübəli mütəxəssis qrup mərhələsində əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlarını bildirib: "Ötən mövsümdə qrupumzdakı rəqiblər də çətin idi və ağır oyunlar keçirdik. Ən azından azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir  oyunumuz çətin olacaq”.

Qeyd edək ki, Ağdam təmsilçisi E qrupunda "Arsenal" (İngiltərə), "Sportinq" (Portuqaliya) və "Vorskla" (Ukrayna) ilə  mübarizə aparacaq.