-
- 11-12-2019, 16:41
- 1 004
"2020-ci ildən aqrar subsidiyalar fermerlərin bəyanları əsasında veriləcək" - NAZİR
Biləsuvarda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən görüşdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri aparılır və əsaslı infrastruktur layihələri həyata keçirilir. Ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini deyən icra başçısı qeyd edib ki, nəticədə digər sahələr kimi aqrar sahə də öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır”.
Nazir İnam Kərimov əlavə edib ki, aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemini bu üç prinsipi özündə birləşdirən innovativ bir təşəbbüs adlandıran İnam Kərimov bildirib ki, məqsəd aqrar xidmətlərin fermerlərə əlçatanlığını və bu xidmətlərin göstərilməsində şəffaflığı təmin etməkdir: “Fermerlər EKTİS-dən subsidiya, toxum, gübrə almaqla yanaşı, öz məhsullarını satmaq üçün də istifadə edə biləcəklər. Bu imkanlardan yararlanmaq üçün fermerlərimiz sistemdə qeydiyyatdan keçməli, özlərinə şəxsi kabinet yaratmalıdır. Artıq bu proses ölkə üzrə demək olar ki, başa çatmaq üzrədir. İndiyədək ölkə üzrə təxminən 410 min fermer EKTİS-də qeydiyyatdan keçib və şəxsi kabinetlərini yaradıb. Noyabr ayından etibarən EKTİS-də qeydiyyatdan keçən fermerlər növbəti il üçün əkdikləri məhsulları bəyan etməyə başlayıblar. Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyindən ibarət nümayəndə heyəti də rayonlarda EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüşlər keçirir. Bu günə qədər 34 rayonda belə görüş keçirilib. Biləsuvar rayonu belə görüşlərin təşkil edildiyi 35-ci rayondur. Bu günə olan məlumatlara görə, 190 minə yaxın fermer payızlıq əkinləri bəyan edib. Fermerlər tərəfindən 364 min hektar əkin sahəsində əkilmiş məhsul barədə məlumat sistemə daxil edilib”.
Nazir İnam Kərimov vurğulayıb ki, 2020-ci ildən aqrar subsidiyalar EKTİS vasitəsilə fermerlərin bəyanları əsasında veriləcək. Bunu əsas gətirən İnam Kərimov fermerlərimizi aqrar subsidiyalardan yararlanmaq üçün payızlıq əkinləri bəyan etməkdə daha aktiv olmağa çağırıb. O, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarla birgə fermerlərə hərtərəfli dəstək göstəriləcəyini bəyan edib.
Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, EKTİS-in tətbiqi zərurəti və bu istiqamətdə görülən işlər müzakirə edilib, yerli icra orqanlar və bələdiyyə nümayəndələrinin, fermerlərin sualları cavablandırılıb.
Daha sonra nazir İnam Kərimov Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.
Nazir İnam Kərimov Dövlət Aqrar İnkişaf Mərkəzində EKTİS-də əkinlərin bəyan edilməsi prosesini izləyib, fermerlərin müraciətlərini dinləyib, DAİM əməkdaşlarına tövsiyələr verib.
Xatırladaq ki, fermerlər payızlıq əkinləri bəyan etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, bölgələrə ezam olunmuş səyyar qruplara, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərinə müraciət edə və informasiya-məsləhət xidməti ala bilərlər.
Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən veriləcək. EKTİS-də qeydiyyatdan keçmək və aqrar fəaliyyətə dair məlumatları sistemə daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.