Bakıda qadından İNANILMAZ CİNAYƏT – Ağır iztirablar verdi
    • 12-12-2019, 11:59
    • 1 050

Bakıda qadından İNANILMAZ CİNAYƏT – Ağır iztirablar verdi

Bakıda həmcinsinə xəsarətlər yetirmiş qadın barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Xəzər Rayon Polis İdarəsində Əsli Orucova adlı qadın barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci, yəni, qəsdən sağlamlığa az ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə maddəsi ilə iş açılıb. Onun həmcinsi B.İmaməliyevaya qarşı amansız işgəncələr verdiyi üzə çıxıb və həmin qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Faktla bağlı cinayət işinin ibtidai istintaqı artıq yekunlaşdırılıb və materialları Xəzər Rayon məhkəməsinə göndərilib. İşə hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə baxılacaq.