Bakıda ər arvadına dəhşətli işgəncələr verdi – CİNAYƏT İŞİ AÇILDI
    • 18-06-2019, 12:51
    • 981

Bakıda ər arvadına dəhşətli işgəncələr verdi – CİNAYƏT İŞİ AÇILDI

Bakıda həyat yoldaşına ağır işgəncələr vermiş şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Sabunçu rayon sakini Quliyev Adil Sambala oğlunun həyat yoldaşı Nuranəyə (ad şərtidir) iztirablar verməklə mütəmadi ağrıdıcı xəsarətlər yetirməsi ilə bağlı polisə müracit daxil olub.

Araşdırmalar zamanı A.Quliyevin xanımına qarşı etdiyi işgəncələrlə bağlı iddialar təsdiqini tapıb. Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci, yəni xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə maddəsi ilə iş açılıb.

Araşdırmalar davam etdirilir.