-
- 13-12-2019, 11:02
- 906
Ölkəyə gül səbətində narkotik KEÇİRMƏK İSTƏDİLƏR - FOTOLAR
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, cari ilin 11 dekabr tarixində “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilən zaman 25 bükümdə konfet bağlamanın icərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş şəkildə ümumi çəkisi 2 kq 137 qr “tiryək” narkotik vasitə aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.