Qızın lüt şəkillərini Facebook-da yayacağını deyib 200 manat istədi
    • 14-12-2019, 11:31
    • 1 785

Qızın lüt şəkillərini Facebook-da yayacağını deyib 200 manat istədi

Xırdalanda gənc qadını şantaj edən şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Qurbanzadə Eltun Azər oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci, yəni, hədə-qorxu ilə tələbəetmə maddəsi ilə Abşeron Rayon Polis İdarəsində açılan işin materialları Abşeron Rayon Məhkəməsinə göndərilib. İşə hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq. Hazırlıq iclası 24 dekabr tarixinə təyin edilib.

Qeyd edək ki, sentyabrın 22-də Xırdalan şəhər sakini E.M Abşeron RPİ-yə ərizə ilə müraciət edib sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yaymasını və həmin şəkilləri silməsi müqabilində ondan 200 manat pul tələb etməsini bildirib.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanılıb.