Bakıda sosial şəbəkədə tanış olduğu qadını şantaj edən ŞƏXS TUTULDU
    • 27-09-2019, 11:41
    • 869

Bakıda sosial şəbəkədə tanış olduğu qadını şantaj edən ŞƏXS TUTULDU

Sentyabrın 22-də Xırdalan şəhər sakini E.M Abşeron RPİ-yə ərizə ilə müraciət edib sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yaymasını və həmin şəkilləri silməsi müqabilində ondan 200 manat pul tələb etməsini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilənməlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanılıb.

RPİ-də  araşdırma aparılır.