-
- 16-12-2019, 11:05
- 747
Azərbaycan Ordusunda 200 min artıq AĞAC ƏKİLƏCƏK
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ağacəkmə təşəbbüsünə qoşulan Azərbaycan Ordusunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, aksiya çərçivəsində ötən həftənin şənbə və bazar günləri ərzində birlik, birləşmə, hərbi hissələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, idarə və təşkilatların ərazilərində müxtəlif növdə 40 min ağac əkilib. Aksiya başlayandan bu günədək isə bu say ümumilikdə 100 mindən artıqdır.
Qeyd edək ki, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Ordusunda mütəmadi olaraq genişmiqyaslı yaşıllaşdırma işləri aparılır.
Ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırılmasına töhfə verən bu cür ağacəkmə aksiyalarının davamlı olaraq keçirilməsi və dekabr ayının sonunadək 200 mindən artıq ağacın əkilməsi planlaşdırılır.