Dörd rayonda 116 mindən çox AĞAC ƏKİLDİ
    • 11-03-2020, 14:10
    • 785

Dörd rayonda 116 mindən çox AĞAC ƏKİLDİ

Yaz ağacəkmə kampaniyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən  daha 4 rayonda ağac əkini həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, meşələrin İnkişafı Departamentinin əkin sektorunun müdiri Rəhim İbrahimov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzləri və yerli idarəetmə orqanlarının əməkdaşları tərəfindən Masallı, Şəmkir, İsmayıllı və Zaqatala rayonlarında son 3 gün ərzində 20 hektar ərazidə  21 580 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib. “Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yaz ağac əkini mövsümü başlayandan bugünədək ölkə ərazisində 100 hektar sahədə 116 200 müxtəlifcinsli ağac əkilib”. 

R.İbrahimov ağacəkmə aksiyalarının mövsümün sonunadək davam etdiriləcəyini bildirib.