Evdən 45 min dollar oğurlandı - LƏNKƏRANDA ŞOK HADİSƏ
    • 16-12-2019, 13:15
    • 745

Evdən 45 min dollar oğurlandı - LƏNKƏRANDA ŞOK HADİSƏ

Lənkəranda evdən 45 min dollar oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də rayon ərazisindəki evlərin birindən 45 min ABŞ dolları və 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini F.Əhədzadə saxlanılıb.