Lerikdə ruhi xəstə AVTOMOBİL OĞURLADI
    • 16-12-2019, 14:37
    • 926

Lerikdə ruhi xəstə AVTOMOBİL OĞURLADI

Lerikdə oğurluq edən ruhi xəstə saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də Divağac kəndi ərazisindən kənd sakini C.Ağayevin “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Şonayçola kənd sakini, ruhi xəstə E.Məhərrəmov saxlanılıb.

Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.