-
- 16-12-2019, 15:21
- 1 083
Azərbaycan Vokalçıları Festivalına az qaldı - Ölkəmizin mədəni həyatında ilk - FOTOLAR - PROQRAM
Xəbər verildiyi kimi, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı Azərbaycan Vokalçıları Festivalı keçirəcək.
News24.az xəbər verir ki, “Mədəniyyət” kanalının direktoru, festivalın ideya müəllifi və bədii rəhbəri Ramil Qasımov dekabrın 17-də start veriləcək festivalın ümumrespublika miqyaslı bir layihə olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan Vokalçıları Festivalı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq keçirilir.
R.Qasımov bildirib ki, festivalın əsas məqsədi Azərbaycan klassik musiqisinin inkişafı və təbliğ etdirilməsi, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır: “Azərbaycan musiqi mədəniyyəti dərin köklərə bağlıdır, zəngin xəzinəsi əsrlərlə cilalanıb, bu günümüzə gəlib çıxıb. Azərbaycan klassik vokal sənəti də mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Təməli böyük ifaçımız, adını tarixə yazan Bülbül tərəfindən qoyulan bu sənət bu gün də dünyanın müxtəlif yerlərində tanınmış vokalçılar tərəfindən təmsil və təbliğ olunur. Görkəmli müğənnimiz Bülbül Şərq və Qərb mədəniyyətini – klassik oxuma və milli vokal üslubunu sintez edərək unikal bir sənət nümunəsi yaradıb. Daha sonra Azərbaycan vokal janrında səsləri heç zaman unudulmayan ifaçı dalğası əmələ gəldi. Əlbəttə ki, biz hamımız belə zəngin mədəniyyətlə yalnız fəxr edə bilərik. Çünki bu gün yetişməkdə olan gənc nəsil həmin klassikləri dinləyərək nələrisə öyrənir, mənimsəyir".
R.Qasımov əlavə edib ki, festival Azərbaycan Televiziyası Mədəniyyət Kanalının yeni layihəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək: "Azərbaycan Vokalçıları Festivalının bu janrın inkişafına mühüm töhfə verəcəyinə əminəm. Çünki bu festivalda həm müxtəlif yaş hədlərində olan vokalçılarımız, həmçinin artıq bu sənətdə öz sözünü demiş peşəkar klassik vokalçıların da ifalarını eşidəcəyik. Əlbəttə, bütün bunlar, belə bir təşəbbüsün yaranması dövlətimizin mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, biz də böyük həvəslə bu işin məsuliyyətini öz üzərimizdə daşımaqdan qürur duyuruq. İdeyalarımızın realaşması üçün dövlətimizin dəstəyi olmasa, bu kimi layihələri həyata keçirmək mümkün olmazdı. Bildiyiniz kimi, Heydər Əliyev Fondu və şəxsən ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mədəni layihələrə xüsusi önəm verir və onları hər zaman diqqət mərkəzində saxlayır. Mədəniyyətlərarası dialoq forumları, irimiqyaslı festivalların və müxtəlif səpkili tədbirlərin mütəmadi şəkildə keçirilməsi bunun bariz göstəricisidir. Məhz bu diqqət və qayğı bizi ruhlandırıb, hazırkı Festivalın gerçəkləşdirilməsinə zəmin yaratdı. Ümidvaram ki, dövlətin bizə göstərdiyi etimadı doğruldacağıq”.
Azərbaycan Vokalçıları Festivalının informasiya dəstəyi News24.az saytına məxsusdur.