"Azərbaycan Vokalçıları Festivalı" NAXÇIVANDA - FOTOLAR
    • 21-12-2019, 14:41
    • 760

"Azərbaycan Vokalçıları Festivalı" NAXÇIVANDA - FOTOLAR

"Azərbaycan Vokalçıları Festivalı" çərçivəsində Naxçıvan şəhərində Cəlil Məmmədquluzadə adıma Naxçıvan Dövlət Musiqili Dram teatrında Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konserti keçirildi.

News24.az xəbər verir ki, konsertdə Xalq artisti Samir Cəfərov, əməkdar artistlər Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov, Elçin Nağıyev və başqaları çıxış ediblər.

Tədbirin sonunda Festivalın ideya müəllifi və bədii rəhbəri, Azərbaycan Televiziyasının Mədəniyyət kanalının direktoru Ramil Qasımov Naxçıvan Televiziyasına müsahibə verib: "Qədim Torpağımız olan Naxçıvanda, bu festivalın gerçəkləşməsinə görə ilk növbədə qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Şadam ki, burada bizim klassik vokal məktəbinin ən-ənələri qorunub saxlanılır. Ümumrespublika miqyasında ilk dəfə keçirilən vokal festivalı ölkəmizin mədəni həyatında bir töhvə olacaq. Fürsətdən istifadə edib, festivalın iştirakçılarına minnətdarlığımı bildirib onlara uğurlar arzulayıram".