-
- 16-12-2019, 17:14
- 797
Yevlaxda 118 evə QAZ VERİLDİ - FOTO
Dekabrın 16-da Yevlax rayonu Meyvəli qəsəbəsində 118 fərdi yaşayış evinə təbii qaz verilib.
"Azəriqaz" İB-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu münasibətlə təşkil olunan tədbirdə Yevlax rayonunun İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev,“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, qaz təsərrüfatının işçiləri və qəsəbə sakinləri iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, bölgələrdə aparılan qazlaşdırma işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa qayğısı ilə həyata keçirilir və ölkədə bu ilinsonuna qədər qazlaşdırma səviyyəsi 96 %-ə çatdırılacaq.Qəsəbədə qazlaşma işlərinin icrası üçün ümumi uzunluğu 10 164 m müxtəlif diametrli polad vəpolietilen borulardan istifadə olunub.
Bununla da, Yevlax rayonunda qazlaşma faizi 98.5 %-ə çatıb.Rayonda qazlaşdırılmayan cəmi 4 kənd qalıb ki, onların da gələcəkdə dövlət proqramlarının həyatakeçirilməsi zamanı qazlaşdırılması gözlənilir.Tədbirin sonunda qəsəbənin qazlaşdırılmasında fəallığı ilə seçilən podratçı təşkilatın işçilərinə rayon icrahakimiyyətinin başçısının sərəncamı ilə Fəxri Fərmanlar verilib.
Qeyd edək ki, Yevlax rayonu Meyvəli qəsəbəsinə qazın verilməsi “Qaz Təsərrüfatında TexnikiTəhlükəsizlik Qaydaları”na riayət etməklə təmin olunub