Rəssamlar "Həyata ümid" deyəcəklər - FOTO
    • 16-12-2019, 18:27
    • 1 724

Rəssamlar "Həyata ümid" deyəcəklər - FOTO

Paytaxtda daha bir xeyriyyə tədbiri keçiriləcək.

News24.az xəbər verir ki, dekabr ayının 20-də Müasir İncəsənət Muzeyində 35 rəssam bir araya gələcəklər. Təşkil olunacaq aksiyada Altay Sadıqzadə, Eldar Qurbanov, Arif Hüseynov, Vüqar Muradov, İnna Kostina və digər rəssamların əsərləri satışa çıxarılacaq. Rəssam Milena Nəbiyevanın kuratorluğu ilə baş tutacaq tədbir "Həyata ümid" adlanır.

Qeyd edək ki, əldə olunan vəsait limfa xərçəngindən əziyət çəkən Nərmin Kiçikbəyovanın müalicəsinə sərf olunacaq.

Sevda Bayramova