-
- 21-12-2019, 15:12
- 935
Müasir İncəsənət Muzeyində xeyriyyə sərgisi açılıb - FOTOLAR
Ötən gün Müasir İncəsənət Müzeyində xeyriyyə məqsədli rəsm sərgisi təşkil olunub.
News24.az xəbər verir ki, Azərbaycanın tanınmış rəssamı Milena Nəbiyevanın həyata keçirdiyi layihə “Həyata ümid” adlanıb. 27 dekabr tarixinə qədər davam edəcək xeyriyyə tədbirinə 35 xalq rəssamı 40-dan çox əsərlə qatılıb.
M.Nəbiyeva satışa çıxarılan rəsmlərdən əldə olunacaq gəlir limfa xərçəngindən əziyət çəkən Nərmin Kiçikbəyovanın müalicəsinə sərf olunacağını açıqlayıb:"Altı aydır ki, bu tədbirə hazırlıq görürdüm. Düşünürəm ki, bu gün yaxşı satış olacaq və biz Nərminin müalicəsinə kömək edə biləcəyik. Onu da qeyd edim ki, əgər bu layihə uğurlu olsa, il ərzində iki və ya üç dəfə bu tipli tədbirlər keçirəcəyəm".
Milena Nəbiyeva hər kəsi xəstəlikdən əziyyət çəkən insanlara əl tutmağa çağırıb:"Mən yeddi ildən çoxdur ki, xeyriyyə işləri ilə məşğulam. Bu dəfə isə istədim ki, daha çox adam layihəmə qoşulsun. Beləliklə daha çox uşaqları xilas edə bilərik".
Teymur Məmmədov
FOTO: Fərid Şabanov