-
- 17-12-2019, 14:47
- 812
Zelenski Azərbaycan Prezidentini Ukraynaya DƏVƏT ETDİ
"Cənab Prezident, xoş sözlərinizə görə təşəkkür edirəm. Azərbaycana rəsmi səfərə dəvət edilməyimə görə də Sizə dərin minnətdarlığımı bildirirəm".
News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə deyib.
"Səmimi demək istəyirəm ki, mən bundan əvvəl də Azərbaycanda səfərdə olmuşam. Azərbaycana hər səfərimdən sonra mən Ukraynaya yeni hisslərlə, yeni emosiyalarla və yeni dostlarla qayıdıram. Azərbaycan çox qonaqpərvər torpaqdır. Fürsətdən istifadə edərək, Sizi də Ukraynaya rəsmi səfərə dəvət edirəm. Əmin edirəm ki, biz də olduqca qonaqpərvər bir ölkəyik.
Ölkələrimiz arasında hazırda da olduqca möhkəm münasibətlər var. Əminəm ki, bu səfərin nəticəsi olaraq biz onu yeni mərhələyə qaldıra biləcəyik. Azərbaycana minnətdarlığımızı bildirmək istəyirik ki, Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Xahiş edirəm biləsiniz ki, biz də, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik", - Ukraayna Prezidenti vurğulayıb.