İctimai Şura üzvləri Lənkəran Dövlət Universitetində olub - FOTOLAR
    • 17-12-2019, 18:04
    • 610

İctimai Şura üzvləri Lənkəran Dövlət Universitetində olub - FOTOLAR

Dekabrın 17-də Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Lənkəran Dövlət Universitetində olub.

News24.az xəbr verir ki, səfər çərçivəsində universitetin professor-müəllim heyəti və tələbələrlə görüş keçirilib. Görüşdə ali təhsil müəssisələrinə qəbul şərtləri, magistraturaya qəbul imtahanında ediləcək dəyişikliklər, tədris prosesində təcrübəyə daha geniş yer verilməsinin vacibliyi, universitetlərdə elmi-tədqiqat işlərinin aparılması və digər məsələlər barədə danışılıb. Həmçinin təhsil mühitinin sağlamlaşdırılması, obyektivlik və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Görüş qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib. Bildirilib ki, səslənən fikir və təkliflər Təhsil Nazirliyinə təqdim ediləcək.
Sonra İctimai Şuranın üzvləri tərəfindən universitetin kitabxanasına kitablar hədiyyə edilib.

Şura üzvləri ali təhsil müəssisəsinin yeni istifadəyə verilmiş 2 tədris korpusu, tələbə yataqxanası, professor-müəllim heyəti üçün inşa edilən mənzillər,  universitetə məxsus sitrus bağı, çay plantasiyası, həmçinin  müasir fənn laboratoriyaları, informatika və linqafon kabinetləri ilə tanış olublar.

Sonda xatirə şəkli çəkdirilib.