-
- 17-12-2019, 18:43
- 751
Azərbaycanda 112 məktəbdə 167 xüsusi sinif yaradılıb
"Xüsusi istedadlı uşaqlar üçün məktəblərdə xüsusi siniflər yaradılıb. VII siniflər üçün riyaziyyat, informatika istiqaməti, VIII siniflər üçün təbiət elmləri istiqaməti üzrə siniflər fəaliyyət göstərir”.
News24.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanın 47 rayonunda 112 məktəbdə 167 belə sinif yaradılıb: "Həmin sinfə xüsusi tədris planı əsasında, daha dərinləşmiş şəkildə dərs keçirlər. Bundan əlavə Gəncə, Şəki, Quba, Şirvanda Bakıda yerləşən Fizika-Riyaziyyat və İnformatika təmayüllü və Kimya-biologiya təmayüllü respublika liseyinin lisey sinifləri və ya filialları yaradılır. Gələcəkdə bu tip məktəblərin sayının və onların coğrafiyanın genişləndirilməsi nəzərdə tutulur". F.Qarayev qeyd edib ki, bəzən bölgədəki valideynlər uşaqların liseydə oxuması üçün Bakıya gəlməsinə razılıq vermirlər: "Buna görə də bu tip məktəblərin bölgələrdə də açılması faydalı olar. Artıq bu tip məktəblərin bölgələrdə açılmasına başlanılıb və proses davam etdiriləcək". /apa.az/