"300-dən çox şagird məktəbdənkənar dərslərdə iştirak edir" - NAZİRLİK RƏSMİSİ
    • 17-12-2019, 17:16
    • 810

"300-dən çox şagird məktəbdənkənar dərslərdə iştirak edir" - NAZİRLİK RƏSMİSİ

"Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında əsasən riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə iştirak edirlər".

Bunu Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.

Onun sözlərinə görə, ölkədə beynəlxalq olimpiadalara hazırlıq üçün məktəblərdə beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb: "Bu gün həmin mərkəzlərdə 300-dən çox şagird məktəbdənkənar dərslərdə iştirak edir. Mərkəzlərdə yerli və xaricdən dəvət olunmuş professorlar şagirdlərə dərs keçir".

F.Qarayev bildirib ki, respublika fənn olimpiadalarında əsasən IX-XI sinif şagirdləri iştirak edirlər: "Xüsusi istedada malik 8-ci sinif şagirdlərinin də bu olimpiadalarda iştirakına şərait yaradırıq. Beynəlxalq olimpiadalarda şagirdlərin daha yaxşı nəticə əldə etməsi üçün onlarla daha aşağı yaşlardan işləmək vacibdir. Həmin uşaqların fənnləri dərindən öyrənilməsinə maraqlarının artırılması olduqca əhəmiyyətlidir". /Report/