-
- 18-12-2019, 12:18
- 622
Azyaşlılara siqaret satanlar CƏRİMƏLƏNDİ
Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nizami RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində iki köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları faktı aşkar edilib
Həmin köşklərin satıcıları – R.Məmmədov və Ə.Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.