Bakının bu ərazisində SU OLMAYACAQ
    • 19-12-2019, 10:12
    • 624

Bakının bu ərazisində SU OLMAYACAQ

Bu gün Bakı şəhəri Keşlə qəsəbəsində içməli suyun verilməsində məhdudiyyət olacaq.

News24.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb. Bildirilib ki, məhdudiyyətə səbəb ərazidən keçən dəmir yollarında aparılan yenidənqurma işləri çərçivəsində içməli su xətlərinin yeri dəyişdirilməsidir. Bununla əlaqədar 19 dekabr 2019-cu il tarixində gün ərzində Nizami rayonunun Keşlə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.